İyulun 13-də IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Xocalı Memorial Kompleksini ziyarət edərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Forum iştirakçıları sonra Xankəndi şəhərində aparılan tikinti və infrastruktur işləri ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən yenidənqurma və bərpa layihələri barədə ətraflı məlumat verilib. Media nümayəndələri Xankəndi şəhərində yaradılan, tarixi ədalətin və Qələbənin rəmzi olan Zəfər parkını da ziyarət ediblər.
Sonra Xocalı rayonuna səfər olub.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu beynəlxalq jurnalistlərin Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesləri ilə yerində tanış olması baxımından da mühüm əhəmiyyət daşıyır.
Müxbir – Tahir Ağaməmmədov
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











