HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Milli Məclisin sədri Türkiyəyə işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gedib.

İqtisadi Şuranın iclasında Ortamüddətli Büdcə Çərçivəsi sənədinin hazırlığı ilə bağlı tapşırıqlar verilib

Aprelin 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makrofiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.