HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Latviyalı investorlar Azərbaycanın iqtisadi zonalarına sərmayə yatırmağa dəvət olunublar

Azərbaycanın strateji coğrafi mövqeyi təkcə ölkələrimiz arasında deyil, həm də üçüncü bazarlarla ticarətin asanlaşdırılması üçün mühüm üstünlüklər təqdim edir. Avrasiyada əsas nəqliyyat və logistika mərkəzi kimi Azərbaycan mühüm Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən müasir infrastruktura malikdir. Xüsusilə, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu – Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə birləşdirən etibarlı və səmərəli marşrutdur. Biz tərəfdaşlarımızı bu dəhlizin təqdim etdiyi imkanları araşdırmağa dəvət edirik.

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub

Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə şəhərində 2025-ci il oktyabrın 9-da keçirilən görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.