HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şimali Kiprin Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib


Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.

Azərbaycanın XİN rəhbərinin ABŞ dövlət katibinin köməkçisi ilə telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.

Kəlbəcərdə 2026-cı ilədək 3450 evin istismara verilməsi nəzərdə tutulur

Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib. Nazirlər Kabinetinin Sərəncamına əsasən 2023-cü ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 faiz) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.