Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib.
Prezident İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib, xüsusilə, 2003-cü ildən keçən müddət ərzində Azərbaycan diplomatiyasının səyləri nəticəsində Qarabağ münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaradıb. İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və yerinə yetirilməmiş qalan 4 qətnaməsi icra edilməli idi. Bununla yanaşı, münaqişəsinin həlli ilə bağlı Ermənistanın yürütdüyü təcavüzkar siyasət, tutduğu mövqe tarixi reallıqları, hadisələrin əsl mahiyyətini əks etdirmirdi.
Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 667 kvadrat kilometr sahə mina və partlayıcı müharibə qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1,5 milyon mina və naməlum sayda partlayıcı sursatın mövcud olduğu bildirilir.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Aparıcı: Fuad İlyas oğlu Babayev, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakultəsinin məzunu, Qərb Universitetində Politologiya kafedrasının müəllimidir. “Space” müstəqil televiziya şirkətinin xəbərlər departamentinin direktor müavinidir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…