HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib

Azərbaycan Respublikası Prezidentinin 31 mart 2026-cı il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minatəmizləmə fəaliyyəti zamanı partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan minatəmizləyənlərin –Seymur Rəşid oğlu Namazov və Raqif Deputat oğlu İsayevin 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edib.

Elektron siqaretlərə qadağa: ictimai sağlamlıq və dövlətin qoruyucu siyasəti

“Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, 2026-cı il aprelin 1-dən etibarən elektron siqaretlər qadağan olunub. Qadağalar İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə də öz əksini tapıb. Belə ki, yeni maddəyə əsasən qanunvericiliklə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai məkanlarda elektron siqaretlərdən istifadə ilə bağlı cərimələrin tətbiqi, həmçinin elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılması hallarında həmin malların müsadirə edilməsi və müvafiq cərimələrin tətbiqi nəzərdə tutulur.