HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Günnüt əməliyyatı Ordumuzun böyük manevr qabiliyyətinə malik olduğunu təsdiqlədi

Otuz il Ermənistanın işğalına məruz qalan, bir milyon vətəndaşı öz doğma torpağından qovulan Azərbaycan Ermənistanın ərazi iddiaları ilə bağlı münaqişə məsələsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində çox səy göstərdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətimizin illərlə apardığı sülh siyasətinin bir nəticə vermədiyindən əmin olaraq, 2020-ci il sentyabrın 27-də rəşadətli ordumuza əks-hücum əməliyyatı əmri verdi. Birinci Qarabağ müharibəsi bizi nə qədər məyus etmişdisə, İkinci Qarabağ müharibəsi qürurumuzu, mənliyimizi, kimliyimizi qaytardı. Zəfərə gedən yol isə 2016-cı il Aprel döyüşlərindən, 2018-ci il Günnüt əməliyyatından və 2020-ci ildəki Tovuz döyüşlərindən keçirdi. Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizin şanlı başlanğıcı məhz bu tarixlərdə qoyulub. Təxribatlarını aramsız olaraq davam etdirən düşmən məhz həmin döyüşlərdə Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının sarsılmaz iradəsini gördü. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqını ən böyük arzusuna – tarixi Zəfərə bu taleyüklü mərhələlərdən uğurla keçərək çatdırdı.

Cozef R.Bayden: Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.