Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında foto paylaşıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında foto paylaşıb.

Livanın Kavaşa qəsəbəsində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə abidə ucaldılıb.

Dastanlara bərabər mübarizə nəticəsində 44 günün ardından Qarabağın azadlığa qovuşmasının nişanəsi olan 8 Noyabr – Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə də Azərbaycan olaraq qalacaq!

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.

8 noyabr 2020-ci il… Bəli, iki il əvvəl məhz bu tarixdə müzəffər Ordumuz Şuşaya daxil oldu və bu qədim şəhəri düşmən işğalından azad etdi. İlk baxışda keçilməsi mümkünsüz görünsə də, qəhrəman əsgərlərimiz sıldırım qayalardan, çətin yollardan keçərək düşmənin müqavimətini qırdı və onu məğlub edərək Qələbə qazandı.