Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunub.

8 Noyabr – Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunub.

Noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında foto paylaşıb.
AZƏRTAC fotonu təqdim edir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan XİN “Tvitter” səhifəsində məlumat yayıb. Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Vaşinqtonda ikitərəfli görüş başlayıb.

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə media-turlar təşkil olunub.