HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirak etdiyi tədbirdə TDT-nin gündəliyində duran prioritet məsələlərlə yanaşı, bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə olunacaq.

Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin beyin mərkəzlərinin 8-ci forumu keçirilib

Özbəkistanın Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin xarici siyasət araşdırmaları üzrə rəsmi beyin mərkəzlərinin 8-ci forumu keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) AZƏRTAC-a bildirilib ki, panel müzakirələri TDT məkanında iqtisadi-ticari əməkdaşlığın inkişafına və qarşılıqlı nəqliyyat-logistika əlaqəsinə həsr olunub.

Zəngəzur dəhlizi məsələsində ziddiyyətlərin mahiyyəti barədə, yaxud prosesi ləngidən nədir?

Vətən müharibəsi nəticəsi olaraq Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat iki dövlətin tarixində postmünaqişə dövrünə yol açdı. Sülh prosesinin başlıca istiqamətlərindən biri regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır və bu məsələ hələ də həllini tapmayıb. Laçın dəhlizi ilə bağlı heç vaxt ciddi ziddiyyətlər yaranmasa və Laçın rayon mərkəzi yaxınlığından keçən yeni yolun istismarı vaxtından əvvəl baş tutsa da (suriyalı və livanlı köçkünlərin itirdikləri “doğma vətənləri Berdzor”la bağlı Ermənistandaxili isteriya nəzərə alınmazsa), əslində, üçtərəfli Bəyanatın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının qərb rayonları arasında nəqliyyat yollarının bərpasını nəzərdə tutan 9-cu maddəsi əvvəlki kimi bəzi mübahisələr yaradır və bu məsələ açıq qalır.