HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan icmasının üzvləri “Human Rights Watch” təşkilatının Nyu-Yorkdakı qərargahı önündə piket keçirib

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə ABŞ-da yaşayan Azərbaycan icması fəalları dinc etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan və türk icmaları üzvlərinin iştirakı ilə baş tutan aksiya beynəlxalq təşkilatın yerləşdiyi “Empire State Building”in qarşısında gerçəkləşdirilib.

Alman alim Fransa Prezidentinə açıq etiraz məktubu yazaraq Azərbaycanı müdafiə edib

Almaniyalı alim, doktor Mixael Reynhard Hess Fransa Prezidenti Emmanuel Makrona açıq etiraz məktubu yazaraq, onun bu il oktyabrın 14-də “France 2” telekanalına verdiyi müsahibədə Azərbaycanla bağlı fikirlərinə tutarlı dəlillərlə tənqidi münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, açıq məktubu alim özünün feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında yerləşdirib.

Dövlət Turizm Agentliyi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib

Oktyabrın 14-də Dövlət Turizm Agentliyi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işlərinə baxış çərçivəsində mediatur təşkil edib.

AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir və yenidənqurma işləri ilə bağlı KİV nümayəndələrini və ictimaiyyəti məlumatlandırmaqdır.

Avropa Şurasında ermənilər tam fiaskoya məruz qaldılar

Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının son iş günü Ermənistan nümayəndə heyətinin daha bir acı uğursuzluğu ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti erməniləri növbəti dəfə bütün Assambleya qarşısında miskin vəziyyətə salıb. AŞPA payız sessiyasının sonuncu plenar iclası hər bir deputatın mövzu müəyyənləşdirərək çıxış edə biləcəyi “sərbəst müzakirələr”dən ibarət olur. Lakin Ermənistanı təmsil edən deputat H.Mamlanyan çıxış etməyə başlayan kimi Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ayağa qalxaraq, iclasın sədrinə müraciətlə onu çıxışını dayandırmağa vadar edib.