Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 151 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 151 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 151 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.

Şəhid ailələrinin və qazilərin sosial təminatı və problemlərinin həlli dövlətin əsas prioritetlərindəndir. “Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır”. Bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə bir daha bəyan edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.

Tbilisinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş yeri olmasından qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili özünün tviter hesabında paylaşıb.
“Əminəm ki, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərimiz öz nəticəsini verəcək”, – deyə XİN başçısı qeyd edib.

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində iştirak edir.
DTA-dan AZƏRTAC-a bildirilib ki, iyulun 15-də işə başlayan sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, Azərbaycan Ornitoloji Cəmiyyəti, Naxçıvan Turizm Departamenti, “Camping Azerbaijan” və “Naxchivan Travel” şirkətlərinin nümayəndələri təmsil edirlər.

İyulun 16-da saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.