HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionu olan Azərbaycan yığma komandası Vətənə qayıdıb

Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında tarixi uğura imza ataraq qitə birinciliyinin qalibi olan Azərbaycan yığma komandası iyunun 13-də Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, tarixində ilk dəfə Avropa çempionu adını qazanaraq qızıl medalla ölkəmizə dönən yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

İyunun 12-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib.