Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib.
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 1988-ci il 20 fevral tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatını qətiyyətlə qınayırıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu gün ölkəmizi dünyada çox yüksək səviyyədə təbliğ edən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından beş il ötür. Nəinki bu beş ildə, bütün fəaliyyəti boyu ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyatının normalarına çevirən Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlib. Onun çoxşaxəli fəaliyyət dairəsi həyatımızın bütün sahələrinə dərindən nüfuz edib. Cəmiyyətin bütün təbəqələrinin rəğbətini və etibarını qazanan Azərbaycanın Birinci vitse-prezidenti ona həvalə edilən hər bir işə son dərəcə məsuliyyətlə yanaşaraq əsl vətəndaşlıq nümunəsi ortaya qoyub. Mənalı ömür yolu, humanizmi, nəcibliyi və xeyirxahlığı, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də bütün dünyada yüksək nüfuz sahibi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bəşər tarixinə öz dəst-xətti ilə daxil olub.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Aparıcı: Fuad İlyas oğlu Babayev, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakultəsinin məzunu, Qərb Universitetində Politologiya kafedrasının müəllimidir. “Space” müstəqil televiziya şirkətinin xəbərlər departamentinin direktor müavinidir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…