HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Stanislav Tkaçenko: Zəngəzur dəhlizinin açılması regional və qlobal əməkdaşlıqda mühüm rol oynayacaq

Regionda sabitliyin təmin olunması, Zəngəzur dəhlizinin açılması regional və qlobal əməkdaşlıqda mühüm rol oynayacaq. Bu dəhlizin açılması nəinki region, həm də digər ölkələr üçün iqtisadi əlaqələrin qurulmasında, transit daşımalarında çox əhəmiyyətlidir. Bu dəhliz Naxçıvan eksklavını Azərbaycanla birləşdirməklə yanaşı, həm də mövcud ticarət və nəqliyyat əlaqəsinə xidmət edəcək. Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyalar bərpa olunacaq və ticarət axını yaranacaq.

x

Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş COVID-19 peyvəndləri ilə bağlı qətnamə BMT-yə üzv dövlətlər tərəfindən qəbul edilib

Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.