HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Bayraq Günü” münasibəti ilə anım mərasimi keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə noyabrın 8-də “Bayraq Günü” ilə əlaqədar Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı adlanan ərazidə itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidə önündə anım mərasimi keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmiləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, itkin düşmüş şəxslərin ailə üzvləri, QHT və KİV nümayəndələri iştirak edib. Tədbiri açıq elan edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse– prezidenti Vəli Əlibəyov gələn qonaqları salamlayaraq, “Bayraq Günü”nün əhəmiyyətindən danışdı. Sözü davam etdirən “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” sədri Şahin Camalov “Bayraq Günü”nün ölkəmiz və vətəndaşlarımız üçün daşıdığı önəmdən bəhs edərək dövlətimizin vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş, şəhid olmuş, əsir və itkin düşmüş şəxslərin xatirəsini daima əziz tutduğunu və onların ailələrini daima diqqətdə saxladığını vurğulayıb. Daha sonra çıxış üçün ardıcıl olaraq qonaqlara söz verilib. Tədbirdə iştirak edən qonaqlar belə bir tədbir təşkil etdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirib. Həmçinin tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinə təşkilatçılar tərəfindən ərzaq və “AZ-GRANATA” MMC- nin təqdim etdiyi meyvə şirələrindən ibarət sovqat paylanılıb.

Onu da qeyd edək ki, sözügedən abidənin ucaldılması “İnsan Hüquqları XXI-əsr Azərbaycan Fondu” və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili cənab Elxan Süleymanovun birgə fəaliyyəti nəticəsində 24 yanvar 2014-cü il tarixində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həyata keçirilmişdir.

www.azhumanrights.az

Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata götrə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Elmar Məmmədyarov: “Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda hərbi insidentlər əsaslı şəkildə azalacaq”

“Ümumiyyətlə, prezidentlər səviyyəsində hər bir görüş müsbətdir. Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Paris görüşündə gün ərzində danışıqlar bir neçə mərhələdə keçirilərək, hələlik inkişafa nail olunmamış məsələlərə baxılıb. Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır”.