HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bioekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş əraziləri yüz minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.