HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Belarus Prezidenti “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif edilib

Minsk şəhərində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Azərbaycan xalqına qardaş və dost münasibətinə, Azərbaycanla ikitərəfli əlaqələrin qurulmasında, möhkəmlənməsində və inkişafında xüsusilə böyük xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.