Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər

“Azercell”in dəstəyi ilə şagirdlər “Info1Cup” proqramlaşdırma müsabiqəsinə qatılıblar.

“Azercell”in dəstəyi ilə şagirdlər “Info1Cup” proqramlaşdırma müsabiqəsinə qatılıblar.

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində silsilə tədbirlər – ədəbi-bədii gecələr, dəyirmi masalar, müsabiqələr keçirilib, kitab sərgiləri təşkil olunub.

“Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.

Müasir dövrdə rəqəmsal mühit və sosial şəbəkələr əsas ünsiyyət vasitəsinə çevrilib. Lakin bu platformalarda Azərbaycan dilinin düzgün tətbiqi və istifadəsi ilə bağlı bəzi problemlər mövcuddur. Rəqəmsal mühitdə ana dilinin qorunması üçün hər kəs məsuliyyətli davranmalı, dilimizin inkişafına və zənginləşməsinə töhfə verməlidir. Rəqəmsal media həm də dilin canlılığını qoruyur.

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günüdür. Dil hər bir xalqın milli kimliyinin əsasını təşkil edir.
AZƏRTAC Azərbaycan dilinin inkişafı və tətbiqi ilə bağlı ölkəmizdə görülən işlərə nəzər salır.