HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. AZƏRTAC xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

“Mən həmişə gəncəm” bilik yarışının qalibləri müəyyənləşib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qax rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında keçirilən “Mən həmişə gəncəm” adlı bilik yarışına yekun vurulub. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən yarışda Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin əməkdaşlarından ibarət komandalar mübarizə aparıb.