HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ötən il 72 min 600 gənc işlə təmin edilib, 2500 gənc üçün kiçik bizneslər qurulub

Dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluğunun təminatıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu sahədə aparılan işlərin davamı olaraq ötən il daha 72 min 600 gənc münasib işlərlə təmin edilib.

Azərbaycan ilə Pakistan arasında qadın və qızların təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə naziri Vaciha Qamar ilə ikitərəfli görüş keçirib. Görüş Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində təşkil olunan “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub.

Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır

Bir vaxtlar Xəzərin sularının dalğalandığı Astara sahillərində bu gün tamam fərqli bir mənzərə yaranıb. Dənizin geri çəkilməsi təkcə coğrafiyanı deyil, bölgənin ekosistemini də köklü surətdə dəyişir. Artıq quruyan sahillərdə yeni flora formalaşır, köçəri quşlar isə bu əraziləri özlərinə yeni məskən seçir. Bəs, Xəzər niyə geri çəkilir və bu proses nə qədər davam edəcək?