HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Baş nazir Əli Əsədovun sədrliyi ilə yanvarın 27-də Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

Bir sıra xarici onlayn xəbər kanallarında və sosial media seqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatların yayılması halları müşahidə olunur. Aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasının internetin rusdilli seqmentində “Tsargrad.tv” resursundan qaynaqlandığı aşkar edilib.