HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Xocalının Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 26-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınıb.

AQTA rəsmisi: “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb olunması aşkarlanıb

Aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Eyni zamanda, bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.