Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Mayın 23-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Mayın 23-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir. Birgə keçirilən tədbirlər əsgər və zabitlərin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrin kursantlarının mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 19-da Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

Mayın 18-19-da Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə növbəti-altıncı Sabir bədii qiraət müsabiqəsinin yekun tədbirləri keçirildi. Müsabiqədə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagird və tələbələri iştirak edirdilər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkil etdiyi müsabiqə ənənəyə uyğun olaraq iki mərhələdə keçirilir. Əvvəlcə təhsil müəssislərində keçirilən müsabiqənin qalibləri rayon səviyyəsindəki tədbirə qatılırlar. Yüzdən artıq iştirakçının qatıldığı müsabiqənin yekun turu şair Musa Yaqubun rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrini Dnestryanı, Dağlıq Qarabağ və digər aktual problemlərin həlli ilə aktiv məşğul olmağa çağırıb.

Ermənistan silahlı qüvvələrinin itkiləri isə on qat artıqdır
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib.