HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ermənistan silahlı qüvvələrinin kimyəvi silahlardan istifadəsi faktına görə Hərbi Prokurorluqda cinayət işi başlanıb

14631197665256751729_1000x669

Mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələrinin kimyəvi silahlardan istifadə etməsi faktına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkar olunub. Həmin mərmi mayın 11-də Agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilib.

Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib

yenihh8

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib.

Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə naziri cəbhə xəttində olub

mncebhe2

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.