HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycanda kitaba maraq artır

XI Bakı Beynəlxalq Kitab Sərgisinə 7 gün ərzində ümumilikdə 80 mindən çox ziyarətçi qatılıb. Həftənin istirahət günləri ilə yanaşı, iş günlərində də sərgiyə olan insan axını məhz kitab bayramına olan böyük oxucu marağının göstəricisidir.

Bu barədə Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın XI Bakı Beynəlxalq Kitab Sərgisinin nəticələri ilə bağlı sorğusuna verilən cavabda bildirilib.

Almaniyada Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin dünya kəməri uğrunda boks yarışı keçirilib

Almaniyanın paytaxtı Berlində “Stefan Schmidt Promotion” şirkətinin təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrindən peşəkar idmançıların iştirakı ilə beynəlxalq boks çempionatı keçirilib. Yarışda Almaniya, Çexiya, Rumıniya, Böyük Britaniya və Macarıstandan olan idmançılar peşəkar rinqdə gərgin mübarizə aparıblar.

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda oktyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.