HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub

Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Arıçılar Assosiasiyasının tərəfdaşlığı ilə oktyabrın 18-dən noyabrın 9-dək 25-ci Yubiley Arıçılıq Məhsullarının ənənəvi Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Romada muğam konserti təşkil edilib

Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində muğam konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfirlik, Mədəniyyət Mərkəzi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun birgə təşkil etdiyi konsertdə mədəniyyət və akademik dairələrinin nümayəndələri, səfirlər, diplomatlar, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.