HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

XI Bakı Beynəlxalq Kitab Sərgisi davam edir

XI Bakı Beynəlxalq Kitab Sərgisinin beşinci günü iştirakçılar üçün maraqlı və rəngarəng proqramla yadda qalıb.

Sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) XI Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir. AZƏRTAC-ın stendi ziyarətçilərin diqqət mərkəzindədir.

Beynəlxalq Müəllimlər Günü: təhsilin və zəhmətin bayramı

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. UNESCO-nun 1966-cı ildə verdiyi qərarla təsdiqlənən bu əlamətdar gün müəllimlərin zəhmətinə minnətdarlıq rəmzinə çevrilib.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü müəllimliyi əməkdaşlığa əsaslanan bir peşə kimi yenidən dəyərləndirmək mövzusuna həsr olunub.

Füzulidə şəhidlərin xatirəsi anılıb

Füzulidə şəhid Elnur Cəfərov və mülki şəhid Emil Quliyevin anım günündə məzarları ziyarət olunub, xatirələri anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.