HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycanın tarixi abidələrinə qarşı vandalizm nümunələri onun beynəlxalq-hüquqi mahiyyəti – ŞƏRH

Azərbaycana qarşı vandalizm siyasətinin dərin mahiyyəti beynəlxalq hüquqi sənədlərdə öz əksini tapıb. İlk növbədə tarixi-mədəni izlərin məqsədli şəkildə silinməsi, Azərbaycan xalqının həmin ərazilərdə çoxəsrlik mövcudluğunu təsdiqləyən sübutların aradan qaldırılması və bununla bağlı həm beynəlxalq ictimaiyyətdə, həm də yeni nəsillər arasında saxta təsəvvürlərin yaradılması cəhdi kimi qiymətləndirmək olar. Mədəni irsin məqsədli şəkildə dağıdılması təkcə maddi abidələrin məhvi deyil, həm də kollektiv yaddaşın, tarixi bağlılığın və legitimliyin hədəfə alınmasıdır. Bu aktlar milli və dini mənsubiyyətə görə insanların mənəvi dəyərlərinə, eləcə də tarixi torpaqlarda yaşamaq hüququna yönəlmiş qəsd kimi xarakterizə olunur.