Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində turistlərin ziyarət etdiyi məkanlardan biri də Mehmandarovların malikanə kompleksidir. Saray tipli tarixi yaşayış kompleksi XVIII əsrdə inşa olunub. Kompleksə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.
2021-ci ilin oktyabr ayından etibarən kompleksdə, ərazidəki ailə məscidində və bulaqda təmir-bərpa işləri aparılıb. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.
Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Burada ziyarətçi özünü XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Mehmandarovların malikanə kompleksi.
Şuşa, 23.04.2026, AZƏRTAC
Müxbir – Tahir Ağaməmmədov


































Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











