Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Özbəkistan Respublikasının Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Cəmşid Xocayev, ilk növbədə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
“Kanadanın xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə rədd edirik”.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına cavab şərhində bildirilib.
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.
AZƏRTAC xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Aparıcı: Fuad İlyas oğlu Babayev, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakultəsinin məzunu, Qərb Universitetində Politologiya kafedrasının müəllimidir. “Space” müstəqil televiziya şirkətinin xəbərlər departamentinin direktor müavinidir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…