HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi olub

İyunun 24-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, QHGT-nin Baş katibi Nigar Bağırlı tədbir iştirakçılarının beş gün ərzində Bakı və Şamaxı şəhərlərində keçirilən Forumda apardıqları fəal müzakirələrin və innovativ təkliflərin beynəlxalq iqlim prosesində önəmindən danışıb. Qeyd edib ki, müzakirələrin yekununda qəbul edilən sənəd COP29 Sədrliyinə təqdim olunacaq.

Bir nəslin xeyriyyəçilik missiyası

Xeyirxah əməlləri ilə tanınıb dünyasını dəyişmiş insanlar daim xatirələrdə yaşayır, nəsillərə örnək olur və ehtiramla yad edilirlər. Belə el ağsaqqalı, işıqlı şəxsiyyət kimi xatırlananlardan biri də ömrünü xalqın yolunda şam kimi yandırmış Rəhim Məhəmməd oğlu Əfəndizadə olub.  

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz…

Vətən müharibəsi dövründə “qara paltarlılar”ın düşməni lərzəyə salan qəhrəmanlıq nümunələri yəqin ki, hər kəsə tanışdır. Düşmənin kabusuna çevrilən həmin döyüşçülərimiz Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlılarıdır. Addımları ilə ölümün nəfəsini düşmənin ənsəsində hiss etdirən Dəniz Xüsusi Təyinatlıları 44 gün ərzində ən çətin hərbi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirdilər.