HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Kür çayına 600 min balıq körpəsi buraxılıb

Su hövzələrində balıq populyasiyasının bərpası məqsədilə “Xıllı Nərə Balıqartırma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yetişdirilmiş 600 min nərə və uzunburun balıq körpəsi iyunun 14-də Neftçala rayonunun Sübh kəndi ərazisindən Kür çayının mənsəbinə buraxılaraq onların təbii artımına və bərpasına dəstək göstərilib.

32 ildən sonra Füzuli şəhərində son zəng çalınıb

İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün son zəng sədaları eşidilir.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Ukrayna mediası Xocalı aeroportunda Azərbaycan Bayrağının qaldırılmasına geniş yer ayırıb

Xocalı aeroportunda Azərbaycanın Dövlət Bayrağının qaldırılması Ukraynanın nüfuzlu media qurumlarında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyi, “Yevropeyska Pravda”, “Korrespondent” xəbər portalları, “Azadlıq Radiosu”nun Ukrayna redaksiyası, “Gordon” nəşri və digər media qurumları Azərbaycan Müdafiə Nazirliyinin bu barədə məlumatını yayıblar.