HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Ermənistan dövlətçiliyinin gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır

siyasi

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən yayınmaqla destruktiv mövqe tutması Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və qarşılıqlı faydalı inteqrasiya prosesi üçün başlıca təhdid olaraq qalmaqdadır. Rəsmi Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo vəziyyətinin cidd-cəhdlə saxlanılmasına yönəlik səyləri son nəticədə bu ölkəni siyasi, iqtisadi və sosial sahələrdə acınacaqlı vəziyyətə salmışdır.

Ermənistanın Dağlıq Qarabağ “formulu”

SSR 2

Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş  və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı.

Erməni iddialarının “Sovet dövrü”

foto

Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Yeni şərait aldadıcı ad altında Rusiya imperiyasının bərpa olunması, müstəqillik atributlarının aradan qaldırılması ilə səciyyələnirdi.

İrəvan ermənilərə necə verildi

Mayın 29-u Azərbaycanın tarixi torpağı olan İrəvan quberniyasının ermənilərə verildiyi gündür. Bu, necə və niyə baş vermişdi?

AzVision.az qarşıdakı günlərdə yeni tariximizin ən dramatik məqamı ilə bağlı materialları oxucularına təqdim edəcək.

Qərbi Azərbaycan torpaqlarının verilməsi üçün zəmin Birinci Dünya müharibəsi illərində yaradılmışdı. Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində 150 min erməni əsgəri var idi. 1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişindən sonar rus qoşunları silah-sursatı erməni komandirlərinə təhvil verərək, geri çəkilir. Bundan sonra 1918-ci ilin mart soyqırımı ilə kulminasiyasına çatan talanlar başlayır.