HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Erməni dövləti

Dağılmaq təhlükəsi ilə üz-üzə qalan Uşi qalası – Qərbi Azərbaycan abidəsi

Uşi kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ermənistanın Əştərək rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr Şərqdə yerləşir. Bu ərazidə I-II minilliklərdən başlayaraq IX-XI əsrlərə qədər yerli sakinlərin həyat tərzi ilə bağlı çoxsaylı arxeoloji və memarlıq abidələrinin qalıqları qorunub saxlanılıb.

Ermənistanın ilk baş naziri O.Kaçaznuninin söylədikləri

Ermənilər “böyük Ermənistan” qurmaq xülyası ilə böyük dövlətlərin vədlərinə aldanaraq 1921-ci ilə qədər Anadoluda və Azərbaycanda qanlı qətliamlar, daha doğrusu, vəhşiliklər törətmişlər. Bütün bu qeyri-insani hərəkətlər Osmanlı dövlətinin, Türkiyə Cümhuriyyətinin, Türkiyə Genelkurmay Başqanlığının, Azərbaycanın, Fransanın, Almaniyanın, İngiltərənin və Rusiyanın dövlət arxivlərindəki rəsmi sənədlərdə də öz əksini tapmışdır. Rəsmi sənədlər isə ermənilərin 1915-ci ildə yaşanan hadisələri dünya ictimaiyyətinə uydurulmuş “soyqırımı” kimi təqdim etmələrinin hüquqi əsaslardan uzaq olduğunu ortaya qoyur.

Ermənistan dövlətinin yaradılması

doc-nicolay

1813-cü il oktyabrın 24-də Rusiya ilə İran arasında bağlanan Gülüstan müqaviləsinə əsasən Şəmşədil, Loru-Pəmbək və Şörəyel əyalətləri Gənсə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba,Dərbənd, Talış xanlıqları və Dağıstan Rusiyanın tərkibinə qatılır.

Ermənistan – mifoloji təsəvvürlərə əsaslanan dövlət

mif

1993­-1995-­ci illərdə Ermənistan Milli Təhlükəsizlik naziri olmuş David Şahnazaryanın fikrincə, «bugünkü Ermənistanın siyasəti tarix haqqında romantik, mifoloji təsəvvürlərə əsaslanır… Hazırkı hakimiyyət erməni dövlətinin gələcəyini olmayan yerdə ­tariximizdə axtarır».

“Böyük Ermənistan” , yoxsa iri dövlətlərin erməniləri marionetə çevirmək cəhdi?

“Böyük Ermənistan” , yoxsa iri dövlətlərin erməniləri marionetə çevirmək cəhdi

“Böyük Ermənistan” yaradılması ideyasının sayıqlama olduğunu ermənilər “erməni məsələsi”nin meydana çıxmasından sonrakı bütün dövrlərdə əla anlayırdılar. Hətta 1914-1918-ci illər Birinci Dünya müharibəsi başlamazdan öncə, gələcək hərbi əməliyyatlar teatrının ərazisinə – Türkiyəyə və Zaqafqaziyaya yayılmış ermənilərin cəlb edilməsi ilə bağlı Antantanın “Daşnaksütyun”a təklifindən də bu aydın görünür. Onlar ermənilərə “Böyük Ermənistan” yaratmağı təklif etməklə erməniləri öz məqsədləri uğrunda marionetə çevirmək istəyirdilər.