“Böyük Ermənistan” uydurması
“Böyük Ermənistan” adlanan coğrafi vilayət həqiqətən də “böyük” olduğu üçün deyil, “Kiçik Ermənistan” vilayətinə nisbətən bir qədər “böyük” olduğu üçün belə adlandırılırdı.
“Böyük Ermənistan” adlanan coğrafi vilayət həqiqətən də “böyük” olduğu üçün deyil, “Kiçik Ermənistan” vilayətinə nisbətən bir qədər “böyük” olduğu üçün belə adlandırılırdı.
Dvin şəhəri Parfiyanın Armeniya (Ermənistan) əyalətinin parf mənşəli Arsakilər sülaləsindən olan Trdatın oğlu, “Kotak” ləqəbli II Xosrovun hakimiyyəti zamanı (330-338-ci illər) salınmışdı. Hesab edilir ki, bu şəhər indiki İrəvan ərazisindən təqribən 35 kilometr cənubda yerləşmişdi.

Qərbi Azərbaycanın (indiki Ermənistan) Alagöz (Ələyəz) rayonunun Teqer (Teğer) kəndində dəniz səviyyəsindən 1650-1700 metr yüksəklikdə yerləşən bu monastır XII-XIII əsrlərdə tikilib. Mənbələrə görə, monastır Alagöz dağının cənub-şərq yamacında yerləşir və Saltukoğulları bəyliyinin hökmdarı Mamu Xatun tərəfindən inşa etdirilib. Mamu Xatun xristian dininə qulluq edən bir xanım olub və Anadoludakı Saltukoğlu bəyliklərindən II İzzəddin Saltukun qızı idi. 1191-1200-cü illərdə Mamu Xatun qardaşı Nəsirəddin Məhəmməddən sonra Saltukoğulları bəyliyinə rəhbərlik edib. Güclü və nüfuzlu bir qadın olan Mamu Xatun İslamı qəbul etdikdən sonra da öz mövqeyini qoruyub. Ərəb mənbələrində o, “Ərzurumun sahibəsi” kimi qeyd olunur.