HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

1988-1992-ci iilərdə Ermənistandan 250 min nəfər azərbaycanlı qovulub

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.

1988-1989-cu illər deportasiyası

Foto Xalid Əsgərov

Azərbaycanlıların İrəvandan 1988-89-cu illər deportasiyası, 1828-ci ildən etibarən Rusiyanın həyata keçirdiyi şəhərin etnik tərkibinin erməniləşdirməsi siyasətinin və sonrakı dövrlərdə isə Ermənistan hökumətinin reallaşdırdığı etnik təmizləmə siyasətinin son mərhələsi oldu.