HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Şuşa – strateji şəhər

Şuşa qalasının divarları

1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə (“Andlı öhdəlik”) görə, Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildi, 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı. 1840-cı il islahatı ilə Qarabağ əyaləti yerində yaradılmış və Kaspi (Xəzər) vilayətinə daxil edilən Şuşa qəzası 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etdi. 1917-ci ildə Şuşa qəzası müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil oldu.

Ermənistanın Azərbaycana təcavüzü, saxta “erməni soyqırımı” və Qərbin ikili standartlar siyasəti

ali hasanov

XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar.