27-28 may 2015-ci il tarixlərində Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” başlıqlı 42-ci toplantısının yekun Bəyannaməsi qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bəyannamənin preambulasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır.
1992-ci il mayın 8-də Şuşa şəhəri erməni işğalçıları tərəfindən zəbt edildi. İşğal zamanı 200 nəfər şəhid, 150 nəfər əlil oldu, 552 körpə yetim qaldı, 22 minə yaxın insan qaçqın düşdü, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat bniası tamamilə dağıdıldı. Bu, Şuşanın son itkiləridir…