“Bu yaxınlarda Avropa Oyunları zamanı Avropa Şurası Parlament Assambleyasında qətnamə qəbul edildi. Qətnamənin mətnində məruzəçilər tərəfindən mətndə yazılmışdı ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürüb dəyişirlər, yazırlar ki, Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir”.
“Münaqişələrin tezliklə həll olunması üçün səylərimizi birləşdirməli, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərini saxlamalıyıq”.

Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
AŞPA-nın yay sessiyası zamanı, 23 iyun 2015-ci il tarixində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsi müzakirə edilərək qəbul edilmişdir.

AŞPA EPP qrupunda Azərbaycanla bağlı müzakirələr aparılmışdır
Dünən, 22 iyun tarixdə Strasburqda AŞPA Avropa Xalq Partiyası (EPP) qrupunun iclası keçirilmişdir. İclasda Həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında məruzə müzakirə olunmuşdur. Əsas müzakirələr Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ətrafında aparılmışdır.
İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov çıxış etmişdir. Mövzunun aktuallığını nəzərə alaraq, Elxan Süleymanovun çıxışının tam mətnini təqdim edirik.