HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Türkiyə parlamentində Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırılıb

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Əli Özgündüz Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında ötən ilin iyun ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun Azərbaycana qaytarılması üçün Türkiyənin hərəkətə keçməsini istəyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ə. Özgündüz Kəlbəcərə analarının məzarlarını ziyarətə gedən hər iki azərbaycanlının erməni əsgərləri tərəfindən tutulduğunu, bir nəfərin isə işgəncə ilə öldürüldüyünü nəzərə çatdırıb.

Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı “məhkəmə” qərarının heç bir hüquqi əsası yoxdur

“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında bildirilib.