HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistanın Azərbaycana təcavüzü

Ermənistanın Azərbaycana təcavüzü

Xronika

1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bədnam niyyətlərini aşkarlayaraq, guya bu torpaqların qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə bütün dünyaya car çəkməyə başladılar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanatı – 15 aprel 1994-cü il

Fövqəladə vəziyyət məni bu bəyanatla sizə müraciət etməyə vadar etdi.

Bu il aprelin 10-dan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının Goranboy və Tərtər rayonları istiqamətində, aprelin 11-dən isə Ağdərə və Ağdam rayonları istiqamətində yeni genişmiqyaslı hücuma keçmişlər. Bu günlər Azərbaycan bölmələri Ermənistan Respublikası silahlı qüvvələrinin sayca üstün olan hissələrinin fasiləsiz hücumlarını dəf edərək, qanlı müdafiə döyüşləri aparırlar. Ermənistan ərazisindən münaqişə zonasına 3000 nəfərədək canlı qüvvə, onlarca zirehli texnika və ağır top, o cümlədən “Qrad” qurğuları gətirilmişdir. Azərbaycanın adları çəkilən rayonlarının yaşayış məntəqələri bu qurğulardan atəşə tutulur. Həmin kəndlərdə böyük dağıntılar, mülki əhali arasında çoxlu tələfat var.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam.C.Klintona. Bakı şəhəri, 8 fevral 1999-cu il

Hörmətli cənab prezident!

Mən Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırılmasında irəliləyiş olmaması ilə əlaqədar keçirdiyim dərin narahatlığı sizə bildirmək istərdim, Azərbaycanın ərazi bütövlüyü əvvəlki kimi pozulmuş olaraq qalır, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, doğma yerlərindən zor gücünə qovulmuş bir milyon azərbaycanlı qaçqın beş ildir ki, böyük məhrumiyyətlər içərisindədir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri yerinə yetirilmir.

BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi (12 noyabr 1993-cü il)

Təhlükəsizlik Şurası,

30 aprel 1993-cü il tarixli 822 (1993), 29 iyul 1993-cü il tarixli 853 (1993) və 14 oktyabr 1993-cü il tarixli 874 (1993) saylı qətnamələrini təsdiq edərək,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində həyata keçirilən sülh prosesi, və ATƏM-in Minsk qrupunun yorulmaz səylərini tam şəkildə dəstəklədiyini təsdiq edərək,

BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi (14 oktyabr 1993-cü il)

Təhlükəsizlik Şurası,

30 aprel 1993-cü il tarixli 822 saylı (1993) və 29 iyul 1993-cü il tarixli 853 saylı (1993) qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurası Sədrinin Şuranın adından oxuduğu bəyanata əsaslanaraq,

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Dağlıq Qarabağ üzrə Minsk konfransının Sədrinin Təhlükəsizlik Şurası Sədrinin adına müraciətlənmiş 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək,