HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pediatriya Cəmiyyətlərinin Bakıda keçirilən IV Beynəlxalq Konqresinin açılışında nitqindən – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı,21 sentyabr 1997-ci il

…Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-ci ildən başlayıbdır. Bu təcavüz nəticəsində məlum səbəblərə görə Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla yerindənyurdundan çıxarılıb, didərgin düşüb, əksəriyyəti çadırlarda yaşayır. Onlar həmin təcavüz zamanı həyatlarını xilas edənlərdir. Ancaq on minlərlə insan vətənimizin torpaqlarını müdafiə edərkən həlak oldu, şəhid oldu, uşaqlar da şəhid oldular. Əsir düşən insanların içərisində uşaqlar da vardır. Bu, XX əsrin sonunda Azərbaycan xalqı nın başına gəlmiş faciədir. Bu faciənin ən dəhşətli hadisəsi Xocalı soyqırımıdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 29 mart 2000-ci il

…1992-ci ilin fevralında keçmiş sovet qoşunlarının yaxından köməyi ilə erməni hərbi birləşmələri müasir tarixdə analoqu olmayan müdhiş faciə törətdilər. Azərbaycan şəhəri Xocalının minlərlə müdafiəçisi və dinc sakini öldürüldü, əsir alındı, şəhər yerlə yeksan edildi. Bu misilsiz vandalizm və soyqırımı aktlarından məqsəd xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq idi…