HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Müsavat

Operativ Qərargah: Ölkə ərazisində xüsusi karantin rejimi mayın 31-dək uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Elxan Süleymanov daha 250 ailəyə yardım etdi:bu dəfə Göyçayda

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, xeyriyyəçi Elxan Süleymanov koronovirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin günlərində daha bir yardımlaşma kampaniyası həyata keçirib. Bu dəfə E.Süleymanov doğulduğu Göyçay rayonunda 250-dən çox ailəyə ərzaq və ət paylayıb.

II Dünya müharibəsi dövründə yaradılmış milli diviziyalar və onların döyüş yolu

Bəşəriyyətə böyük itkilər verən 1939-1945-ci illər İkinci Dünya Müharibəsinin sona çatdığı dövrdən bizi 75 il ayırır. SSRİ-nin 22 iyun 1941-ci ildə bu müharibəyə qoşulması ilə Azərbaycanın da bu müharibədə iştirakı başlanmışdır. Bu baxımdan Azərbaycanın bu müharibədə iştirakı digər respublikalardan heç də fərqlənmirdi. Sovetlər birliyinə daxil olan xalqların hər biri faşizm üzərində qələbənin əldə olunmasında mühüm töhfələr vermişlər. Bu respublikaların hər birinin yeri və rolu geostrateji əhəmiyyəti və təbii sərvətləri ilə müəyyən edilirdi.