HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

ARAŞDIRMA

Qeyri-əxlaqi mübarizə üsulları qəbuledilməzdir

 

 

 

 

 

 

 

Son zamanlar bir qrup, əsasən xaricdə yaşayan insanlar tərəfindən Azərbaycan dövlətinə, rəsmi şəxslərə qarşı söyüş və təhqirlər yazılır, qeyri-əxlaqi mübarizə üsulları tətbiq olunur. Bütövlükdə ölkə ictimaiyyəti, ziyalılar, media mənsubları bu kampaniyaya qarşı öz etiraz səslərini ucaltdılar. Hətta Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov da öz şəxsi Fasebook səhifəsindən bu problemlə bağlı iki dəfə öz münasibətini bildirib.
Biz də bir neçə media mənsubundan bəzi soydaşlarımızın sərgilədiyi söyüş isteriyasına qarşı münasibəti ilə maraqlandıq.

ÇEÇENİSTAN MÜNAQİŞƏSİNİN HƏLLİ MODELİ

SSRİ-nin dağılması və kommunizmin iflasından sonra bir çox qərbli müşahidəçilər Rusiyanın da Sovet İttifaqının taleyini təkrarlayacağını proqnozlaşdırırdılar. Lakin SSRİ və keçmiş Balkan nəhəngi Yuqoslaviyadan fərqli olaraq Rusiya mövcuddur. Üstəlik öz ərazi bütövlüyünü də qoruyub saxlaya bilib. Hətta Çeçenistan da beynəlxalq səviyyədə tanınmadı, Rusiyanın tərkib hissəsidir.

 “2017-ci il diasporumuz üçün nə ilə yadda qaldı?”

Dekabrın 22-də “1905.az” portalında 2017-ci il diasporumuz üçün nə ilə yadda qaldi?” mövzusunda müzakirə oldu. Müzakirədə “Diaspor Jurnalistlər Birliyi”-nin sədri Fuad Hüseynzadə və Azərbaycan-Kipr dostluq cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirak etdi. Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın Məmmədov və Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev müzakirələrə “Skype” vasitəsilə qoşuldular.