HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

ARAŞDIRMA

Gürcüstanın ümumxalq səsverməsi yolu ilə son prezidenti seçildi

Gürcüstanda prezident seçkiləri başa çatdı. İkinci turda seçicilərin 59,54 faizinin səsini toplayan Salome Zurabişvili Gürcüstanın yeni prezidenti seçilib. Onun rəqibi Qriqol Vaşadze 40 faizdən artıq səs toplayıb. İkinci turda seçicilər birinci turla müqayisədə daha fəal olublar. 28 noyabrtda seçkilərdə 1.647.878 seçici iştirak edib ki, bu da bütün seçicilərin 46,83 faizi deməkdir.

MDB-nin Düşənbə sammiti nə ilə yadda qaldı?

Sentyabrın 28-də Düşənbədə MDB ölkələri liderlərinin iştirakı ilə təşkilatın sammiti baş tutdu. Birlik ölkələrinin liderləri qarşılıqlı əməkdaşlığın aktual məsələlərini müzakirə etdilər. Siyasi əməkdaşlığı nizamlayan, humanitar, təhlükəsizlik sahəsində sənədlərə, həmçinin MDB çərçivəsində fəaliyyətin nizamlanmasını nəzərdə tutan hüquqi və təşkilati-kadr təminatının təkmilləşdirilməsinə yönəlik sənədlərə baxıldı.

İl-20 təyyarəsinin vurulması Rusiya-İsrail münasibətlərində böhrana səbəb olacaqmı?

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyada Aralıq dənizi üzərində İsrail Hərbi Hava Qüvvələrinin fəaliyyəti nəticəsində Rusiyanın İl-20 təyyarəsi vurulub. 15 nəfər həlak olub. Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, “İsrail hərbi idarəsinin hərəkətləri Rusiya-İsrail tərəfdaşlığının ruhuna cavab vermir və biz cavab addımları atılması hüququnu özümüzdə saxlayırıq. Vurulmuş Rusiya təyyarəsi və ekipajın həlak olmasına görə bütün məsuliyyət İsrail tərəfinin üzərinə düşür”. (“Komsomolskaya pravda” qəzeti).