Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə “Dünyada ilin adamı” seçilib.

Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
Sammit liderlərin səhər yeməyi ilə başlayıb.
Sonra Sammit iştirakçıları birgə foto çəkdirdilər.

Bu gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib.

Mayın 16-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.

Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir.
Şamaxının millət vəkili Elxan Süleymanov mayın 7-də Şamaxı şəhərindəki qərargahında bu rayondan olan İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüşüb. Millət vəkilinin Şamaxıdakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayevin verdiyi məlumata görə, görüşdə müharibə veteranları – Mirağa Əhlimanov, Qədir Qədirov, Ağaməsim Mütəllimov, Eyni Qəribov, Qiyasəddin Babayev və Şamaxı rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Ağarza Bayramov iştirak edib.