Millət vəkili Elxan Süleymanov: “Hər bir səs Ağ Evin rəsmi saytına girən milyonlarla insanı düşünməyə məcbur etməlidir”.

Aprelin 28-də AVCİYA-nın “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” adlı petisiya layihəsini dəstəkləyənlər sırasına Bakı Slavyan Universiteti də qoşuldu. Bu münasibətlə Universitetdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev AVCİYA-nın prezidenti Elxan Süleymanovun fəaliyyəti, onun təşəbbüsü ilə AŞPA-nın qəbul etdiyi 2085 saylı qətnamə ilə bağlı məlumat verdi. Rektor qeyd etdi ki, petisiyanın dəstəklənməsi hər kəsin vətəndaşlıq borcu olmalıdır.













“Azərbaycanın müstəqillik illərində ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov açdı. E.Salmanov bildirdi ki, ermənilər artıq 100 ildən çoxdur ki, özlərini soyqırıma məruz qalana xalq kimi göstərməklə, Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri ört-basdır çalışırlar. Bütün resurslardan istifadə etməklə erməni təbliğat maşınını susdurmağa çalışmaz lazım gəldiyini bildirdi.





Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










