HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Uncategorized @az

Stepan Şaumyan 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı soyqırımının baş təşkilatçısı olub

1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli və eyni zamanda, ən ağır, dramatik dövrlərindən biridir. Bir tərəfdən, 1918-ci il mayın 28-də Azərbaycan xalqı istiqlala qovuşmuş, milli dövlətçiliyini bərpa etmiş, respublika formasında demokratik dövləti yarada bilmişdir. Digər tərəfdən, bu dövrdə Azərbaycan xalqı erməni millətçiləri tərəfindən törədilən soyqırımına məruz qalmışdır.

 

24121

XX əsrdə azərbaycanlıların soyqırımı: Şamaxı və Xocalı

Şamaxıda Prezident yanında Bilik Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “XX əsrdə azərbaycanlıların soyqırımı: Şamaxı və Xocalı” mövzusunda “dəyirmi masa” keçirilib.

İlyas Atababa oğlu Babayev

İ.Babayev 1935-ci ildə Quba rayonunun Xanəgah kəndində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsinin aspiranturasında oxuyub. 1965-ci ildə “Azərbaycanın antik və ilk orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik, 1983-cü ildə isə “Qafqaz Albaniyasının şəhərləri (e.ə. IV – b.e. III əsrlərində)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.