HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

“Xarıbülbül” festivalı: Cıdır düzündə qardaş xalqların musiqi və rəqs bayramı

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqiçilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Budəfəki festival da bu nöqteyi-nəzərdən istisna olmayıb. Zəngin mədəniyyət hadisəsi olan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, digər ölkələrdən də incəsənət nümayəndələri dəvət alıb.

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi şəhəri sürətlə dirçəlir. Şəhərin ayrılmaz hissəsi olan Kərkicahan qəsəbəsi bu günlərdə öz doğma sakinlərini qəbul edərək, yeni həyata qədəm qoyub. İşğaldan azad edildikdən sonra qısa müddət ərzində qəsəbədə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, müasir infrastruktur qurulub və ailələrin rahatlığı üçün hər cür şərait yaradılıb.